Yaponiyada İmperator dövrü və onun tarixi əhəmiyyəti


Dünya 22 Apr 2019 23:21:00 249 0

Yaponiyada İmperator dövrü və onun tarixi əhəmiyyəti

Mayın 1-də Yaponiyada yeni İmperatorun taxta çıxması ilə Heysey dövrü başa çatacaq və yeni Reiva dövrü başlayacaq. Bəs Uzaq Şərqin ən qüdrətli dövlətlərindən biri olan Yaponiya üçün İmperatorun adı ilə bağlı olan bu tarixi dövrlər necə yaranıb və ölkə həyatında hansı rolu oynayır?

Son.az bildirir ki, bu və digər sualları aydınlaşdırmaq üçün AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Tokio Universitetinin professoru, tarix elmləri doktoru Akira Matsunaqa ilə görüşərək ondan müsahibə alıb. Müsahibənin mətnini təqdim edirik.

- Cənab professor, bildiyimiz kimi aprelin 2-də Yaponiya Nazirlər Kabineti mayın 1-də ölkədə yəni İmperatorun taxta çıxması ilə əlaqədar yeni dövrün adını elan etdi. Bəs müasir Yaponiyada İmperator idarəetməsi özünü necə göstərir? Yaponiya əhalisi, yaponlar üçün bu sistem nə dəməkdir?

- Qeyd etdiyiniz kimi, Yaponiyada Əlahəzrət İmperator Akihitonun səlahiyyətləri aprelin 30-da bitir, mayın 1-dən isə yeni İmperator, hazırkı vəliəhd-şahzadə Naruhito İmperator kimi öz səlahiyyətlərinin icrasına başlayacaq. Yaponiyada İmperator dövrünün tətbiqi təxminən X əsrdən başlayır. Təxminən 200 il müddətində, Meyci dövründən başlayaraq imperatorların hakimiyyətdə olduğu dövr onların öz adları ilə adlanırdı. Nümunə olaraq İmperator Meyci - Meyci dövrü, İmperator Tayşo - Tayşo dövrü, İmperator Şyova - Şyova dövrü adlanırdı. Bu təxminən 150 il bu şəkildə davam etdi. Bundan əvvəl bir İmperatora bir neçə dövr uyğun gələ bilərdi. Yəni bir İmperator məsələn iki dövrdə yaşaya bilərdi, amma həmin dövrdən başlayaraq imperatorlar yalnız taxta çıxdığı gün qəbul olunan dövrdə yaşamağa başladılar. Yəni bir İmperatora yalnız bir dövr uyğun gəlməyə başladı.

Bu dəfə apreldə bitən Heysey dövründə İmperator, Yaponiya konstitusiyasında olan statusuna görə siyasi funksiyası olmasa da, həddindən artıq çətin işləri həyata keçirib. Yaponiya tarixi bu formada hərəkət edir. Yaponiya İmperatoru çox çətin olan bir sıra funksiyaları yerinə yetirir. Bildiyimiz kimi, Heysey dövründən sonra Reiva dövrü başlanacaq. Burada da təxminən 150 ildə davam etdiyi kimi, İmperatorun dəyişilməsi ilə dövrün dəyişməsi baş tutacaq. Qeyd edim ki, Yaponiyada fərqli dövr anlayışı mövcuddur. Hazırda dünyada 2019-cu il olsa da, Yaponiyada Heysey dövrünün 31-ci ildir. Dövrün dəyişməsi ilə əlaqədar biz Reiva dövrünün 1-ci ilinə qədəm qoyacağıq. Düzdür, burada bir çox çətinliklər ortaya çıxa bilər. Məsələn, mən Heysey dövründə də Şyova dövründə də yaşamışam. Hazırda yaşayan bir çox yaponlar hər iki dövrü görüblər. Mən özüm 31 il Heysey də yaşamışam və bundan sonra yeni dövrdə yaşayacağam.

Keçmişə dönüb baxanda Heysey dövrünü bir neçə istiqamətdə, müxtəlif cür qiymətləndirmək olar. Heysey dövrü 1989-cu ildə başladı və 2019-cu ildə bitir. Yaponlar bu dövrü birləşib, paylaşıb yaşadılar. Mənə görə bu dövr normal oldu.

- İkinci Dünya müharibəsindən sonra qəbul edilən yeni konstitusiyaya əsasən İmperator dövlətin və xalqın simvoluna çevrildi ki, bu da monarxın qarşısında tamamilə yeni funksiyalar, vəzifələr qoyurdu. Sizcə İmperator Akihito bu vəzifələrin öhdəsindən necə gəldi və bu sistemə hansı yenilikləri gətirdi?

- İkinci Dünya müharibəsi 1945-ci ildə Yaponiyanın məğlubiyyəti ilə başa çatdı. Yaponiya müharibəni uduzduqdan sonra ABŞ-ın nəzarətinə düşdü. Həmçinin təxminən 6 il müddətində ABŞ tərəfindən işğal olundu. Həmin müddətdə Yaponiya yeni, əvvəlkindən fərqlənən konstitusiyanı hazırladı. Bu konstitusiya əvvəl mövcud olan Meyci dövrünün konstitusiyasından köklü şəkildə fərqləndi. Əgər bu fərqlərə baxsaq, dəyə bilərik ki, İmperatorun hakimiyyəti müharibədən əvvəl həddindən artıq güclü idi. İmperatorun hakimiyyəti güclü, səlahiyyətləri çox idi. Böyük yapon imperiyası Meyci dövrünün konstitusiyasına görə bütün funksiyalar İmperatorun əlində cəmlənmişdi. Həm də yeni konstitusiya qərb stilində, alman konstitusiyasına uyğun hazırlanmışdı. Əlbəttə bu konstitusiyada İmperator çox böyük hakimiyyəti əlində saxlasa da əslində o, əksər hallarda əmr vermək funksiyasında deyildi. Əmrlər İmperatordan aşağıda olan adminstrativ idarəetməyə malik, Baş nazir statusunda olan şəxs tərəfindən verilirdi. Yəni, əvvəlki konstitusiyaya görə İmperator bütün səlahiyyətləri əlində saxlasa da, əslində bu özü də, simvolik məna daşıyırdı və siyasət, hərbi məsələlər və həmçinin digər səlahiyyətlər birbaşa olaraq İmperatorun təyin etdiyi idarə heyəti tərəfindən icra edilirdi. Lakin müharibədən sonra yeni qəbul olunan yapon konstitusiyasında İmperatorun səlahiyyətləri rəsmi olaraq simvolikləşdirildi və o, Yaponiyanın simvolu statusunu aldı. İmperatorun yeni statusunu yaponların böyük əksəriyyəti əvvəlcə anlaya bilmirdi. Dövlətin başçısı ilə simvolik şəxsin fərqi nədir dedikdə isə Şyova dövrünün imperatoru Hirohito (1926-1989-cu illər) həm köhnə konstitusiya, həm də yeni konstitusiyaya uyğun səlahiyyətlərə malik olduğuna görə, bu iki idarəetmə arasında olan fərqləri tam anlaya bildi. Heysey dövrü imperatoru Akihito isə yeni konstitusiyada yazıldığı kimi, bir xalqı qorumaq funksiyalarını yerinə yetirdi. Yaponiyanın yeni konstitusiyasına görə, İmperatorun siyasi səlahiyyətləri yoxdur. İmperator burada Baş nazirin məsləhəti ilə müxtəlif işləri yerinə yetirə, yaxuddakı elan edə bilər. Heysey İmperatoru kimi bu yeni İmperator da öz statusunu saxlayacaq, simvolik olaraq qalacaq. Amma istisna hallarda İmperator öz çıxışlarında, nitqlərində yapon xalqına təsir edə bilər. Yeni İmperator da əvvəlki kimi davam edəcək, eyni funksiyaları yerinə yetirmək üçün daha çox çalışacaq.


Xəbərə aid fotolar