ABŞda təyyarə qəzaya uğrayıb, ölənlər var


Dünya 22 Apr 2019 23:25:00 280 0

ABŞda təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Texas ştatında ikimühərrikli "Beechcraft BE58" təyyarəsi qəzaya uğrayıb.

Trend-in "New York Post" qəzetinə istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində pilot və 5 sərnişin həlak olub.

Bildirilir ki, təyyarə Kerrvill şəhərinin hava limanında eniş edərkən qəzaya uğrayıb.