Hər gün bir dilim pendir yemək orqanizmi infarktdan müdafiə edir


Digərləri 22 Apr 2019 23:03:00 354 0

Hər gün bir dilim pendir yemək orqanizmi infarktdan müdafiə edir

Tədqiqatların nəticələri göstərir ki, hər gün pendir yemək infarktın əmələgəlmə riskini azaldır.

Redinq Universitetindən olan alimlərin "European Journal of Nutrition" jurnalında dərc edilən məlumatlarına görə, hər gün bir dilim pendir orqanizmin infarktdan müdafiəsini gücləndirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əksər hallarda bu vərdiş ürək tutmaları ehtimalını 14 faiz azaldır.

Aparılan eksperiment zamanı iştirakçılar iki qrupa bölünüb. Alimlərin tapşırığı ilə hər gün az miqdarda pendir yeyən adamlar bir qrupa, öz tərzində qidalananlar isə digər qrupa salınıb. Nəticədə, hər gün 40 qram pendir qəbul edən könüllülərdə tibbi müayinə zamanı orqanizmin damar patologiyalarından daha yaxşı müdafiəsi müşahidə olunub.