Qoz ləpəsinin qəbulu zehni inkişafı yaxşılaşdırır


Digərləri 22 Apr 2019 22:44:00 191 0

Qoz ləpəsinin qəbulu zehni inkişafı yaxşılaşdırır

Qədim skiflərdə və romalılarda qoz sevimli qida sayılırdı. Ondan toy ziyafətlərində şirniyyat hazırlanması məqsədilə istifadə edilirdi və yunan qozu nikahın simvolu hesab olunurdu.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qoz ağacının fitonsid keyfiyyətləri var, onun bitdiyi yerə həşəratlar gəlmir, həmin ərazidə güvə və milçək olmur.

Şərq təbabəti hesab edir ki, qoz beyini, ürəyi və qaraciyəri möhkəmlədir. Qədim tacik təbabətinin traktatlarına əsasən qoz ləpələrinin südlə birgə qəbul edilməsi sağlamlığa müsbət təsir göstərir və orqanizmdən zərərli maddələrin xaric olunması üçün təsirli vasitədir. Onu həzm pozğunluğu zamanı təyin edirdilər.

Bir ovuc qoz ləpəsinin qəbul edilməsi şəkərli diabet xəstələrinin ürəktutma və insult keçirməsi riskini xeyli azaldır. Bu məqsədlə diabetdən əziyyət çəkənlər üzərində tədqiqat aparılıb. Məlum olub ki, gündə təqribən 7 ədəd qoz və 24 ədəd badam yeyən diabet xəstələri bir həftədən sonra özlərini yaxşı hiss edirlər. Qoz və badam yeyən xəstələrin qanında şəkərin səviyyəsi, qan təzyiqi göstəriciləri və damar divarlarının işi xeyli yaxşılaşır. Alimlərin fikrincə, gündə bir neçə qoz ləpəsi yeyilməsi zehni inkişafa da müsbət təsir göstərir.