Qadınların cinsi istəyinə cavab verib onları cavan saxlayan HORMONLAR haqqında BİLMƏDİKLƏRİNİZ


Digərləri 22 Apr 2019 22:49:00 316 0

Qadınların cinsi istəyinə cavab verib onları cavan saxlayan HORMONLAR haqqında BİLMƏDİKLƏRİNİZ

Bütün qadınlar özünü dərk edən andan gözəl və və cazibədar görünmək istəyir. Amma gözəllik ilk növbədə daxil aləm və sağlamlıqdan asılıdır.

Son.az xəbər verir ki, qadın sağlamlığa görə də estrogen hormonları cavabdeh daşıyır.

Qadın sağlamlığına orqanizmdə hormonal fon çox təsir edir. Bir qrup qadın hormonları estrogen adlanır. Prinsipcə, bu hormonlar kişilərin orqanizmində də var, lakin çox az miqdarda. Bu hormonların çoxluğu kişilərin zahiri vəziyyətinə və sağlamlığına açıq-aşkar təsir edir.

Estrogen hormonlarının əsas fəaliyyəti qadının cinsiyyət funksiyasını təmin edilməsinə yönəldilib. İki hissədən ibarət olan estrogen sözünün mənaları belədir: Oistros istək, ehtiras, Genes - doğuran. Və ya digər hərfi mənada tərcümədə canlılıq (parlaqlıq) bildirir.

Belə demək mümkünsə, bu, cinsiyyət hormonlarıdır. Həkimlərin fikrincə, ideal qadın bədəni ölçüləri: böyük sinə, cazibədar əndam, hətta qadın gülüşü də məhz bu hormonlarla təmin olunur. Bu hormonların çatışmazlığı təbii ki, bir neçə fəsadlara gətirib çıxarır:

Depressiya və kəskin əhval-ruhiyyə dəyişməsi;

Çəkinin artması;

Tez yorulma;

Özünəinamsılız və öz zahiri görkəminə diqqətsizlik;

Seksual istək və həssaslığın azalması;

Məhz buna görə də estrogeni çox vaxt gənclik hormonları adlandırırlar.

Amma bu əlamətlərə görə, estrogen hormonlarının aşağı olduğu diaqnozunu qoymaq mümkün deyil. Həm depressiya, həm də yorğunluq digər xəstəliklərin də nəticəsi ola bilər. Hormonal fonunun səviyyəsini yalnız analiz verməklə müəyyənləşdirmək olar. Və məhz həkimlər analizlərin nəticəsinə əsasən hormon terapiyası ilə müalicə təyin edirlər. Amma artıq təsdiq və sübut edilib ki, süni hormonlar - bitki mənşəli hormon olan fitoestrogenlərdən daha sərt və daha güclü fəaliyyət göstərir. Hormon terapiyasının əsas problemi ondan ibarətdir ki, süni hormonların qadın orqanizminə uzun müddət daxil olması faktiki olaraq onların istehsalını dayandırır. Sonra da bu prosesi bərpa etmək artıq mümkün deyil.

Fitoestrogenlər isə xeyli zəif fəaliyyət göstərir. Odur ki, estrogen səviyyəsinin aşağı olduğu aşkar edildikdə ot, bitki mənşəli hormon tərkibli məhsullarla onların səviyyəsini dəstəkləmək lazımdır.

Yeri gəlmişkən bu, doğuşdan sonra kəskin şəkildə aşağı düşməsi nəticəsində saç tökülməsi və dərin depressiyaya səbəb olan hormonal fonu bərpa etmək üçün yaxşı üsuludur.

Estrogen səviyyəsini normaya salan 3 növ bitki hormonları var: izoflavonoid, liqnanı və kumestan.

Qida məhsullarında estrogen:

Kətan toxumu