Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə


Digərləri 22 Apr 2019 22:32:00 178 0

Bədənimiz vitaminsizləşəndə bunları yeməliyik! 8 təbii möcüzə

Qış fəslində qidalanma insan orqanizmini vitamin və antioksidant deposunu azaldır, çünki yediyimiz qidaların tərkibində vitaminlər az olur, bədənimiz necə deyərlər vitaminsizləşir.

Son.az fizulihuseynov.com-a istinadən bildirir ki, yazda təzə tər bitən bitkilərdən qidalanma orqanizmin balansını qoruyur, bədənin xəstəliklərə və xarici mühit təsirlərinə davamiyyətini artırır. Yazda insan oğlu üçün böyük Allahımız 1001 nemət bitirir. Bunlardan mütləq istifadə etməliyik.

Əməkömənci: Azərbaycanın bütün regionlarında, hətta Bakıda hər addım başı rast gəlmək olur, çox dadlı şorbası olur, qutab da bişirə bilərsiniz. Tərkibində maldivin adında maddə çox güclü bir mikroböldürücüdür. Ağız boşluğu, ağ ciyər xəstəlikləri, mədə-bağısaq səpmələrində olduqca faydalıdır.

Gicitkən: Bütün bazarlarda təzə yarpaqları satılır, təzə yarpaqları ilə revmatizm xəstəliyində ayaqları döymək çox faydalıdır. Təzə yarpaqlarını 5-6 saat suda saxlayandan sonra şirəsini çəkib səhər ac qarına içmək bədən üçün çox şəfalıdır. Qan azlığını götürür, xərçəng olmaqdan qoruyur, hətta xərçəng şişlərini balacalaşdırır. Tərkibi başdan-başa Mendeleyev cədvəlidir, insanda yeni qan əmələ gətirir.

Təzə sarımsaq: Yaşıl sarımsaq tərkibinə görə baş sarımsaqdan çox-çox zəngindir. Çox güclü bir baktriosit və şişlər əleyhinə təsiri vardır, şirəsini çəkib limon şirəsi ilə qarışdırıb ac qarına içilməsi xərçəng xəstələri üçün çox faydalıdır. Çox güclü bir qurdqovucudur, yeməklərlə yeyilməsi bədəndən bütün qurdların, əsasən lyambliyaların tökülməsinə səbəb olur.

Qulançar: Qulançarın tərkibində zəngin U vitamini vardır. U vitamini mədə-bağısaq yaralarında, qastritlərdə, kolitlərdə çox faydalıdır. Qulançar hamilə xanımların çox sevdiyi yemək olmalıdır, çünki tərkibində zəngin fol turşusu vardır. Qan yaranmaya təsir edərək yeni qan yaradır. Zəngin A vitamini olduğundan gözlərə çox xeyirlidir. Böyrək soyuqdəymələrində yeyilməsi faydalıdır, qulançarı azca qovurub yeyə bilərsiniz.