Bakıda maşın 54 yaşlı kişini vurub öldürdü


Digərləri 22 Apr 2019 22:30:00 219 0

Bakıda maşın 54 yaşlı kişini vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib. Abşeron rayon sakini, 1969-cu il təvəllüdlü Kənan Bəhrəm oğlu Kərimov idarə etdiyi "Volkswagen Passat" markalı "90-KB-785" dövlət nömrə nişanlı avtomobillə Ziya Bünyadov prospekti, 2096 saylı ünvanın qarşısında yolu keçən piyada, 1965-ci il təvəllüdlü İsrəfilov Qorxmaz İsrəfil oğlunu vurub.