Saqqız, ağ şokolad və diş məcununda olan ölümcül təhlükə


Digərləri 22 Apr 2019 22:11:00 203 0

Saqqız, ağ şokolad və diş məcununda olan ölümcül təhlükə

Dünyanın bəzi ölkələrində şokolad, saqqız və diş məcununun tərkibinə daxil edilən titan dioksidi qadağan olunur.

Titan dioksidi E171 kimi işarə olunur və sadaladığımız məhsullardan əlavə dükanlarda satılan paketlənmiş ağ souslara, krab çubuqlarına və bəzi digər məhsullara ağ rəng vermək üçün əlavə olunur.

Hələ 2017-ci ildə aparılmış elmi araşdırma göstərib ki, E171 qida əlavəsi insan sağlamlığına ziyan vura bilər və hətta şiş xəstəliklərinin inkişafına təkan verə bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu maddə bağırsaqların divarlarınını zədələyir, mikrofloranı pozur, ağciyər və qaraciyərə daxil olur.

Fransa alimləri araşdırma zamanı aşkar ediblər ki, bu qida əlavəsi siçovullarda xərçəng xəstəliklərinin riskini 40% artırır.