Dünyada 263 milyon insan çətənə istifadəçisidir


Dünya 22 Apr 2019 21:53:00 216 0

Dünyada 263 milyon insan çətənə istifadəçisidir

Dünyada 263 milyon insan çətənə (kannabis) istifadəçisidir. Bu barədə məlumatı qlobal çətənə sənayesi üzrə aparıcı analitik qurum olan "New Frontier Data" təşkilatı yayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın hazırladığı çətənə sənayesinə dair illik hesabatda dünya üzrə çətənə dövriyyəsi (dövlət tərəfindən tənzimlənən və həmçinin qeyri-qanuni) 344 milyard ABŞ dolları həcmində dəyərləndirilir. Çətənə üzrə ən mühüm bazarların sıralamasında ilk yerdə Asiya dayanır (132,9 milyard dollar). Sonrakı yerlərdə isə digər regionlar gəlir: Şimali Amerika (85,6 milyard dollar), Avropa (68,5 milyard dollar), Afrika (37,3 milyard dollar) və Latın Amerikası (9,8 milyard dollar).