Xaricdə təhsil alan 19 yaşlı azərbaycanlıya FANTASTİK TƏKLİFLƏR


Digərləri 22 Apr 2019 21:41:00 271 0

Xaricdə təhsil alan 19 yaşlı azərbaycanlıya FANTASTİK TƏKLİFLƏR

Dünyaca məşhur universitetlərdə təhsil almaq hüququ qazanan 17 yaşlı tələbəmiz Yasin Qarayev kimi uşaqlarımız az deyil. Hələ ötən il 19 yaşlı Cavid Əlizadə Böyük Britaniyada İmperial Kollecinə, London Universitet Kollecinə qəbul olub, ABŞ-ın Lafayette Kollecindən 74 min dollar tam təqaüd təklifi alıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu paylaşıb.

O bildirib ki, Cavid orta təhsilini Böyük Britaniyanın Kardif Sikst Form kollecində alıb:

"Cavid Əlizadənin 19 yaşı var. 2018-ci ilin dekabrında keçirilən SAT imtahanından 1550 bal (maksimum 1600-dür) toplayıb. Bundan sonra Böyük Britaniyanın İmperial Kolleci (dünya sıralaması - 8), London Universitet Kolleci (dünya sıralaması -10), Ekzer Universiteti (dünya sıralaması - 154), Avstraliyanın Monaş Universiteti (dünya sıralaması - 59), Türkiyənin Koç Universiteti, ABŞ-ın Alabama Universiteti (30 min dollar təqaüd), Lafayette Kollecinə (tam təqaüd - 74 min dollar) qəbul alıb.