Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır


Digərləri 22 Apr 2019 21:26:00 228 0

Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan "BlackBerry Messencer"in fəaliyyəti dayandırılacaq. Bu haqda son 3 ildə bu layihəni idarə edən "Emtek" şirkəti məlumat verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 31 may 2019-cu ildən etibarən "BlackBerry Messencer"in fəaliyyəti dayandırılacaq: istifadəçilər köhnə şəkil, mesaj və başqa fayllara baxmaq üçün sözügedən xidməti öz qurğusunda işə sala bilməyəcəklər. Bu məlumatları itirməmək üçün istifadəçilərə yuxarıda göstərilən müddətədək məzmunu yükləmək tövsiyə edilir.