Avropanın bu ölkəsi 1 milyon işçi axtarır


Digərləri 22 Apr 2019 21:13:00 228 0

Avropanın bu ölkəsi 1 milyon işçi axtarır

Yaxın illərdə Rumıniya müxtəlif ölkələrdən 1 milyon işçi qüvvəsi cəlb etmək niyyətindədir.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rumıniyanın Pakistandakı səfiri Nikolae Qoya çıxış edib.

O deyib ki, Rumıniyada yaşanan işçi qüvvəsi böhranı səbəbindən ölkəyə sürücülər, həkimlər, mühəndislər, kompüter texnologiyası mütəxəssisləri, inşaatçılar cəlb olunacaq. 2019-cu ildə Rumıniya 20 min əcnəbini ölkənin bir sıra sahələrində işləmək üçün qəbul edəcək.