Evlənmək istədiyi kişiyə 159 min mesaj göndərdi: "Sənin böyrəyindən suşi hazırlayacam" FOTO


Digərləri 22 Apr 2019 21:20:00 195 0

Evlənmək istədiyi kişiyə 159 min mesaj göndərdi: "Sənin böyrəyindən suşi hazırlayacam"  FOTO

Ceklayn Ades adlı 32 yaşlı amerikalı qadın 2017-ci ildə yalnız varlı kişilərin istifadə edə bildiyi bir tanışlıq proqramından istifadə etməyə başlayıb.

Son.az xəbər verir ki, burada varlı və evli bir kişi ilə tanış olan qadın daha sonra onun kabusuna çevrilib.

Ades həmin kişiyə 10 ayda 159 min ədəd mesaj yazıb. Bu mesajların içində "sənin böyrəyindən suşi hazırlayacam" kimi təhdidlər də olub. Bununla kifayətlənməyən qadın həmin kişinin evinə zorla daxil olub. Həmin vaxtda ölkə xaricində olan kişi Adesin evinə zorla girdiyi haqqında polisə müraciət edib. Polis qadını evin hamamından tapıb. Hadisə ilə bağlı məhkəmə işi açılıb, amma qadın məhkəməyə getməyib.


Xəbərə aid fotolar