Balakəndə 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulur (FOTO)


Digərləri 22 Apr 2019 20:14:00 230 0

Balakəndə 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulur (FOTO)

Balakən rayonunda uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolunun yenidən qurulması istiqamətində addımlar atılır.

Bakı. Balakən rayonunda uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolunun yenidən qurulması istiqamətində addımlar atılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı. Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir. Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib. Hazırda həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələrin isə asfaltlanır. Artıq yolun böyük hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınıb. Ümumilikdə isə yolun 170 min m2-dən çox sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.