Azərbaycan Burundi qaçqınlarına yardım edib


Digərləri 22 Apr 2019 20:09:00 221 0

Azərbaycan Burundi qaçqınlarına yardım edib

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq, Azərbaycan Prezidentinin tapşırığına əsasən Azərbaycan Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcək.