“Oğurluq fikrim olsa aparıb satardım”


Digərləri 22 Apr 2019 18:24:00 221 0

“Oğurluq fikrim olsa aparıb satardım”

Hadisə aprelin 18-i səhər saatlarında Şəmkirin Könüllü kəndində baş verib. Son.az ARB TV-yə istinadən xəbər verir ki, 2 baş heyvanının naməlum şəraitdə oğurlandığını görən kənd sakini polisə şikayətçi olub. Görülən tədbirlər ilk cəhddəcə cinayətin üstünü açmağa yardım edib. Şübhəli şəxs kimi zərərçəkənin qardaşı Dəyanət Qurbanov saxlanılıb. O, dindirilmə zamanı əməlini səmimi etiraf edib və heyvanları yaşadığı ünvana apardığını deyib. Saxlanılan Dəyanət Qurbanov işin istintaqını aparan baş müstəntiq Mehrab Məmmədova verdiyi ifadə heyvanları oğurladığını gizlətməyib. Hadisəni səbəbsiz törətmədiyi bildirən qardaş, bacısının tövləsindən etdiyi oğurluğun peşmançılığını da çəkdiyini sözlərinə əlavə edib. Dəyanət Qurbanov - Saxlanılan şəxs: "Səhər saat 7-də yuxudan oyanıb getdim bacımın qapısına. Mənə pul verməl idi, istədim, vermədi. Mən də inəyini aparıb qapıma bağladım. Əgər oğurluq fikrim olsa aparıb satardım. Əməlimə görə peşmanam". Quldurluq cinayəti törətdiyi üçün əvvəllər məhkumluq həyatı yaşayan Dəyanət Qurbanovun barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar