Spalletti istefaya göndərilə bilər


İdman 22 Apr 2019 18:27:00 299 0

Spalletti istefaya göndərilə bilər

Luçano Spalletti İnter-dən istefaya göndərilə bilər.

Goal.az xəbər verir ki, İnter-in prezidenti Stiven Çjan bu həftə klub rəsmiləri ilə görüşəcək. Görüşdə Spallettinin istefaya göndərilməsi məsələsinin müzakirə edəcəyi gözlənilir.

Məlumata görə, görüşdə həmd də klubun gləcək transfer siyasəti də müzakirə olunacaq. Bundan əlavə, prezident rəsmilər Antonio Kontenin baş məşqçi postuna gətirilməsini təklif edəcək.

Əgər onun bu təklifi qəbul edilsə, Spalletti istefaya göndəriləcək.