Bank Respublika kompensasiyaların ödənilməsinə başlayıb


Digərləri 22 Apr 2019 18:15:00 246 0

Bank Respublika kompensasiyaların ödənilməsinə başlayıb

Ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrası ilə əlaqədar olaraq, "Bank Respublika"nın bütün filiallarında 22 aprel tarixindən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb.

Müştərilərin rahatlığının təmin olunması məqsədilə, növbəlilik prinsipi qaydasında müştərilərə öncədən fərdi SMS göndərilir. SMS-lərin mətnində kompensasiyanın verildiyi ünvan, dəqiq məbləğ və vaxt qeyd olunur.

Əlaqə nömrələrini dəyişmiş müştərilərə isə, Bankın 144 nömrəli Məlumat Mərkəzinə zəng edib, yeni əlaqə nömrələrini təqdim etmələri xahiş olunub.


Xəbərə aid fotolar