Prokuror: "Fədayə Laçına ədalətli hökm verilib"


Digərləri 22 Apr 2019 18:04:00 279 0

Prokuror: "Fədayə Laçına ədalətli hökm verilib"

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, çıxışında təqsirləndirilən şəxslər barəsində ədalətli hökm verildiyini və apellyasiya şikayətinin təmin olunmamasını istəyib. 

Sonra təqsirləndirilən şəxsin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.