Boliviyada avtobus dərəyə yuvarlandı


Dünya 22 Apr 2019 17:59:00 166 0

Boliviyada avtobus dərəyə yuvarlandı

Boliviyada paytaxt La Pasdan Karanavi şəhərinə hərəkət edən avtobus dərəyə yuvarlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak olub.

Daha 10 nəfərin xəsarət aldığı deyilir. Qeyd olunur ki, dağ yolu ilə hərəkət edən avtobus 100 metr dərinliyə düşüb.