3 ayda Bakıdakı yol qəzalarında 33 nəfər ölüb


Digərləri 22 Apr 2019 17:36:00 224 0

3 ayda Bakıdakı yol qəzalarında 33 nəfər ölüb

Bu ilin birinci rübündə paytaxt ərazisində baş vermiş 116 yol-nəqliyyat hadisəsində 33 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı. Elçin Mehdiyev - Bu ilin birinci rübündə paytaxt ərazisində baş vermiş 116 yol-nəqliyyat hadisəsində 33 nəfər həlak olub, 107 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu barədə İdarədə cari ilin I rübündə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi zamanı deyilib.