Şirvanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər


Kriminal 22 Apr 2019 17:14:00 226 0

Şirvanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Sayılov Hüseyn Xələf oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim S.Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən Ruhidə Qasımova (ad və soy ad şərtidir) şantaj olunduğunu deyib.

Qasımova bildirib ki, tanımadığı bir nəfər onu qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib və 3000 manat tələb edib.