Spartak Ayaz Quliyevin cəriməsini xeyriyyə fonduna köçürdü


İdman 22 Apr 2019 16:23:00 287 0

Spartak Ayaz Quliyevin cəriməsini xeyriyyə fonduna köçürdü

Rusiyanın Spartak komandası əslən azərbaycanlı futbolçusu Ayaz Quliyevin ödədiyi cəriməni xeyriyyə fonduna köçürüb.

Goal.az "Sport Express"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının İctimaiyyətlə əlaqədar şöbəsinin müdiri Sergey Alekseyev məlumat verib.

O bildirib ki, bu fonddan olan uşaqlar Premyer Liqanın XXIV turunda Moskvada Spartak - Yenisey matçında oyunçularla birlikdə meydana çıxıblar.

Qeyd edək ki, Spartak - Yenisey görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ayaz Quliyev 83-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. 23 yaşlı yarımmüdafiəçi aprelin 10-da ABŞ vətəndaşı Maykl Kou Con Eli ilə münaqişə edib və onun burnunu qırıb. Nəticədə Moskva təmsilçisi Quliyevi 5 milyon rubl məbləğində cərimələyib.