Neftçala balıq oğruları saxlanılıb


Digərləri 22 Apr 2019 16:45:00 261 0

Neftçala balıq oğruları saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinə rayon ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə müraciət daxil olmuşdur.

Bakı. Neftçala Rayon Polis Şöbəsinə rayon ərazisindəki balıqçılıq təsərrüfatlarının birindən oğurluq edilməsi barədə müraciət daxil olmuşdur. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və aprelin 4-dən 19-dək olan müddətdə oradan 10.300 manat dəyərində 199 ədəd müxtəlif növ balığın oğurlandığı müəyyən edilib.