Baytar: "Aqressiyalarını azaltmaq üçün küçə itləri sterilizə olunmalıdır"


Digərləri 22 Apr 2019 16:39:00 255 0

Baytar: "Aqressiyalarını azaltmaq üçün küçə itləri sterilizə olunmalıdır"

Sahibsiz itlərə nəzarət gücləndirilməlidir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında baytar Orxan Hacılı deyib.

Baytarın sözlərinə görə, sürü halında gəzən küçə itlərinin bir sıra daxili qaydaları olur: "Məsələn, dişi uğrunda mübarizə, balalarını qorumaq instinkti, qidaya görə dalaşmaq və s. Bunlar hamısı itlərdə aqressiya yaradır. Aqressiyalarını azaltmaq üçün küçə itləri sterilizə olunmalıdır. Bu əməliyyatdan sonra itlərdə cinsi aktivlik aşağı enir. Belə olan halda heyvanlar tam sakit halda gəzə bilirlər, təhlükəsiz olurlar".