TREND İnformasiya Agentliyi baş direktorunun müavini Elxan Ələsgərov Moskvada təhlükəsizlik konfransında iştirak edəcək


Siyasət 22 Apr 2019 15:49:00 251 0

TREND İnformasiya Agentliyi baş direktorunun müavini Elxan Ələsgərov Moskvada təhlükəsizlik konfransında iştirak edəcək

TREND İnformasiya Agentliyi baş direktorunun müavini, "Baku Network" Ekspert Şurasının rəhbəri Elxan Ələsgərov Moskvada VII Beynəlxalq təhlükəsizlik konfransında iştirak edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, konfrans aprelin 23-25-də keçiriləcək.

E.Ələsgərov Moskvaya müdafiə nazirinin müavini Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yollanıb.

Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Plenar iclaslar zamanı təhlükəsizliyin regional aspektləri və hərbi qurumların dövlət təhlükəsizliyinə təhdidlərə reaksiyası üzrə fəaliyyətinin xüsusiyyətləri, eləcə də digər məsələlər müzakirə olunacaq.