Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96cı ildönümünə həsr olunmuş I Açıq Musiqi Müsabiqəsinin açılışı keçirilib


Kriminal 22 Apr 2019 15:02:00 251 0

Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96cı ildönümünə həsr olunmuş I Açıq Musiqi Müsabiqəsinin açılışı keçirilib

19 aprel 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) birlikdə keçirdikləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Gələcəyin müəllimi" I Açıq Musiqi Müsabiqəsinin açılışı keçirilib. 

Son.az xəbər verir ki, tədbir ADMİU və ADPU tələbələrinin birləşmiş xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. 

Mərasimi açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova və ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək qeyd ediblər ki, müsabiqənin əsas məqsədi dərin və hərtərəfli biliyə malik, yüksək səviyyəli, geniş dünyagörüşlü, zəngin mənəviyyatlı vətənpərvər və milli ruhlu gənc pedaqoji kadrların hazırlanmasıdır. Onlar müsabiqə iştirakçılarını əlamətdar hadisə münasibəti ilə təbrik edib, hər iki təhsil ocağının tələbələrinə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 


Xəbərə aid fotolar