Bakıda lombardda külçə fırıldağı


Digərləri 22 Apr 2019 14:49:00 297 0

Bakıda lombardda külçə fırıldağı

Bakıda fəaliyyət göstərən lombardlardan birinin sahibi dələduzun qurduğu iriməbləğli kələyin qurbanına çevrilib.

Son.az xəbər verir ki, bu barədə Oxu.az-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

29-cu polis bölməsinin əməkdaşları Moskva prospektində yerləşən lombardın hüquqşünası Vüsal Məmmədovdan daxil olan şikayəti araşdırır.

Şikayət ərizəsinə əsasən, bir neçə gün əvvəl 60 yaşlı Bakı sakini Tofiq İsmayıl adlı sakin lombarda gəlib. O, 19 qızıl külçəsi girov qoyaraq, 41 363 manat məbləğində borc götürüb. Qızıl külçələrin hərtərəfli araşdırılmasından sonra onların heç də qızıldan olmadığı məlum olub. Metal külçələr, sadəcə, qızıl suyuna salınıb.