Növbəti 30 il ərzində AÇQdən nə qədər neft hasil ediləcək?


Digərləri 22 Apr 2019 14:14:00 241 0

Növbəti 30 il ərzində AÇQdən nə qədər neft hasil ediləcək?

"2049-cu ilədək "Azəri-Çıraq-Günəşli" (AÇQ) yataqlar blokundan daha 3 milyard barel neft hasil etmək planlaşdırılır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "BP Azərbaycan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli SOCAR-ın IV "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika" beynəlxalq forumunda deyib.

O qeyd edib ki, "Əsrin müqaviləsi" imzalanarkən yataqdakı ehtiyatlar 511 milyon ton həcmində proqnozlaşdırılırdı ki, bu günədək artıq 474 milyon ton neft hasil olunub: