“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş (FOTO)


Digərləri 22 Apr 2019 13:56:00 199 0

“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş (FOTO)

Bakı Dövlət Universitetində “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Bakı. Bakı Dövlət Universitetində “100 yaşlı Tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, görüşün budəfəki qonağı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, tarix üzrə elmlər doktoru Fərid Şəfiyev olub. Dəvətə görə təşəkkürünü bildirən Fərid Şəfiyev təhsil illəri və karyerası haqqında danışıb. Tarixçi təhsilinin karyerasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayan Fərid Şəfiyev tələbələrə tövsiyələrində elmi araşdırmalarda emosional deyil, professional yanaşmanın vacib olduğunu bildirib. Qeyd edib ki, belə yanaşma beynəlxalq aləmdə bütünlükdə dövlətimiz və elmimizin imicinin formalaşmasına mühüm təsir edən amillərdəndir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tədbirdə iştirakına görə Fərid Şəfiyevə təşəkkürünü bildirib və gələcəkdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə BDU arasında əlaqələrin yeni səviyyədə yaradılmasını təklif edib.