“Sonra” filmi CinemaPlusda öz dilimizdə göstərilib


Digərləri 22 Apr 2019 13:29:00 187 0

“Sonra” filmi CinemaPlusda öz dilimizdə göstərilib

"Sonra" filmi CinemaPlus-da öz dilimizdə göstərilib. 

"Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında 2019-cu ildə "Cinemazadeh" studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Amerika istehsalı olan "Sonra" filminin nümayişi keçirilib. Melodrama dünyavi bestseller əsasında çəkilmişdir.

Filmi səsləndiriblər Samirə Əfəndi, Əlixan Rəcəbov, Gülnarə Zulalova, Nicat Ələskərov, Rəhim Rəhimov, Vüsal  Haci-Qədir, Samir Ələskərov, Şəlalə Şəhvələdqızı, Şəhla Əliqızı, Aytac Məmmədova və Erkin Ergin.

Dublyajın redaktoru və tərcüməçisi Vüqar Hüseynov, rejissoru Samir Ələskərov, səs rejissoru Orxan Ağalarov, səs operatoru Ağaməlik Abbaszadə, post-prodakşn Rüfət Kərimzadə,  icraçı prodüsseri Əli-Səttar Quliyev, baş prodüsseri isə Cəfər Axundzadədir.

Filmin rejissoru Cenni Qeyc.