Növbəti 30 il ərzində AÇQ-dən nə qədər neft hasil ediləcək?


Digərləri 22 Apr 2019 13:18:00 207 0

Növbəti 30 il ərzində AÇQ-dən nə qədər neft hasil ediləcək?

2049-cu ilədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan daha 3 milyard barel neft hasil etmək planlaşdırılır

Bakı. Sara İsrafilbəyova - 2049-cu ilədək “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar blokundan daha 3 milyard barel neft hasil etmək planlaşdırılır. Trend-in məlumatına görə, bunu “BP Azərbaycan”ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli SOCAR-ın IV “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib. O qeyd edib ki, “Əsrin müqaviləsi” imzalanarkən yataqdakı ehtiyatlar 511 milyon ton həcmində proqnozlaşdırılırdı ki, bu günədək artıq 474 milyon ton neft hasil olunub: