Prezident İlham Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verib


Digərləri 22 Apr 2019 13:05:38 188 0

Prezident İlham Əliyev Şri-Lanka Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya başsağlığı verib.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenaya başsağlığı verib. Başsağlığında bildirilir: "Hörmətli cənab Prezident, ölkənizdə törədilmiş partlayışlar nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şri-Lanka xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin