Üzünü it parçalayan uşağın həkimi:


Digərləri 22 Apr 2019 12:37:00 208 0

Üzünü it parçalayan uşağın həkimi:

Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun yanağında böyük dişlənmiş defekt ümumi narkoz altında aparılan əməliyyat nəticəsində bərpa olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə uşağın həkimi, Kliniki Tibbi Mərkəzin Üz-çənə şöbəsində çalışan Azərbaycan Tibb Universitetinin Ağız, üz, çənə kafedrasının assistenti Məhəbbət Cəfərov deyib.

Onun sözlərinə görə, xəstənin ətraf toxumasının plastik əməliyyatı aparılıb və onun dişlənmiş yanağı normal vəziyyətə gətirilib.

M.Cəfərov qeyd edib ki, hazırda xəstənin vəziyyəti stabildir. Bu həftənin sonunda uşağın evə buraxılacağı gözlənilir: