TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlandı


Digərləri 22 Apr 2019 12:19:00 211 0

TANAP vasitəsilə qaz nəqlinin həcmi açıqlandı

"2019-cu il aprelin 1-dək Trans-Anadolu boru kəməri (TANAP) vasitəsilə Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəqli edilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov SOCAR-ın IV beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika" beynəlxalq forumunda deyib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.