Rabitəbank ilk kompensasiyasını ödədi


Digərləri 22 Apr 2019 12:00:00 292 0

Rabitəbank ilk kompensasiyasını ödədi

Bu gündən etibarən, Ölkə Başçısının imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən, kompensasiyaların ödənilməsinə başlanılır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının ictimaiyyəti maarifləndirmə məqsədi ilə gördüyü bütün tədbirlərdə aktiv iştirak edən Rabitəbank, problemli krediti olan müştərilərə aidiyyəti üzrə konpensasiyasının ödənilməsinə və kreditlərin restrukturizasiyasının tətbiqinə başladı.

Bildiririk ki, Fərmana əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq həmin kreditlərə hesablanmış faizlər silinəcək və məhkəmədə olan işləri geri çağrılacaqdır.


Xəbərə aid fotolar