Azərbaycanın ən iri qaz yatağından hasilat həcmləri açıqlanıb


Digərləri 22 Apr 2019 11:57:00 255 0

Azərbaycanın ən iri qaz yatağından hasilat həcmləri açıqlanıb

"Bu günədək "Şahdəniz" yatağından 104,2 milyard kubmetr qaz və 25,1 milyon ton kondensat hasil edilib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov SOCAR-ın 4-cü "Downstream Xəzər və Mərkəzi Asiya - treydinq, logistika, neft emalı və neft-kimya" beynəlxalq forumunda deyib.

Nazir bildirib ki, bu ilin yanvar-mart aylarında ölkədə qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz artaraq 9,1 milyard kubmetr təşkil edib. Qaz ixracı isə 26,6 faiz artaraq 3,2 milyard kubmetrə bərabər olub.