“Atəşgah” Sığorta Qrupu 2018-ci il üzrə maliyyə hesabatını təqdim edib


Digərləri 22 Apr 2019 11:54:00 190 0

“Atəşgah” Sığorta Qrupu 2018-ci il üzrə maliyyə hesabatını təqdim edib

Azərbaycan sığorta bazarının liderindən olan “Atəşgah” Sığorta Qrupu 2018-ci il üzrə maliyyə hesabatını təqdim edib.

Bakı. Azərbaycan sığorta bazarının liderindən olan “Atəşgah” Sığorta Qrupu 2018-ci il üzrə maliyyə hesabatını təqdim edib. “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinin ötən il ərzində topladığı sığorta haqlarının ümumi həcmi 95 mln. AZN təşkil edib. “Atəşgah” Sığorta Şirkətinin 2018-ci il üzrə topladığı sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 35,9 mln. AZN təşkil edib. Sığorta ödənişlərinin həcmi isə 20,0 mln. AZN təşkil edib ki, bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.