Azərbaycan sahibkarı kimdir, nə düşünür, hansı problemlərlə üzləşir?


Digərləri 22 Apr 2019 11:45:00 214 0

Azərbaycan sahibkarı kimdir, nə düşünür, hansı problemlərlə üzləşir?

Son bir neçə il ərzində dövlətin qeyri-neft sektoruna diqqəti artıb, xüsusilə də ölkədə fərdi sahibkarlığın dəstəklənməsi gücləndirilib.

Azərbaycan sahibkarı kimdir, o nə düşünür, cəmiyyət onu necə təsəvvür edir, o hansı problemlərlə üzləşir?

Həmsöhbətimizin seçilməsi təsadüfi deyildir. Fəxri Ağayev uzun müddət müxtəlif şirkətlərin rəhbəri olaraq çalışmışdır, hazırda müxtəlif sahələrdə sahibkarların biznes məsləhətçisidir və işadamlarının problemləri barədə məlumatlıdır, müntəzəm olaraq öz bloqunda və sosial şəbəkələrdə bu mövzuda məqalələr yazır. Bununla yanaşı, bir ildən çoxdur ki, sahibkarlar üçün idarəçilik təlimləri keçir.  

Görüşümüzün əvvəlində siz qeyd etdiniz ki, Azərbaycanda biznes yeni iqtisadi şərtləri nəzərə almalıdır və yeni reallıqlara uyğunlaşmalıdır. Hansı yeni reallıqları nəzərdə tutursunuz və Azərbaycan biznesi nəyi nəzərə almalıdır?

- Ölkədə son bir neçə il ərzində bütün sahələrdə birbaşa və ya bilavasitə biznesə təsir göstərən ciddi dəyişikliklər baş vermişdir. Birinci növbədə, bu dəyişikliklər iqtisadiyyata aiddir - iqtisadiyyatda nağd pul dövriyyəsinin həcmi azalıb, kommersiya bankları əhali və şirkətlər üçün kreditin ayrılması məsələsinə çox ehtiyatla yanaşmağa başlayıblar. İkincisi, bu gün biz hökumət strukturlarında ciddi, hətta mən deyərdim, köklü dəyişikliklərin şahidi oluruq, xüsusilə də biznesin sıx əlaqəli olduğu sahədə - Vergilər Nazirliyində. Vergilər istənilən ölkənin iqtisadiyyatının ən həssas və eyni zamanda strateji əhəmiyyətli komponentlərindən biridir. Bu sahədə aparılan islahatlar biznes üçün daha ədalətli mühitin təmin olunmasının vacib təməlidir. Üçüncüsü, istehlakçıların davranışı dəyişib. Bugünkü Azərbaycan istehlakçısı öz hüquqlarını bilən, məhsullar və xidmətlərdən anlayışı olan, bəzən satıcıdan daha məlumatlı olan, qiymətin, malın keyfiyyətinin və xidmət səviyyəsinin düzgün uyğunlaşmasına diqqət yetirən bir şəxsdir. Təbii ki, bütün sadaladığım amilləri nəzərə alsaq, Azərbaycanda biznes də, həmçinin, dəyişməlidir. Daha bir vacib məsələ odur ki, yuxarıda qeyd olunanlar səbəbiylə ölkənin bir çox sahələrində rəqabət artmışdır: şirkətlər daha seçici və tələbkar istehlakçını cəlb etmək uğrunda mübarizə aparırlar.

Bəs Azərbaycan biznes sahibi və sahibkarı kimdir? Siz onu necə təsvir edə bilərsiniz?

- Azərbaycan sahibkarı ölkəmizdə baş verən proseslər çərçivəsində inkişaf edən və dəyişən bir şəxsdir. Rəqabətli mühitdə o çox şey öyrəndi və gücləndi. Beynəlxalq rəqabətdə təcrübəsi olanların da sayı az deyil. Hazırda ölkəmiz təkamül inkişafının növbəti mərhələsini keçdiyinə görə, Azərbaycan sahibkarı yeni şərtlərə uyğunlaşmaqla yanaşı, maliyyə və mühasibatlıq formatını dəyişdirməlidir, istehlakçıların dəyişkən davranışlarını anlamalıdır, kadrlarla yeni və uzunmüddətli münasibətlər qurmalıdır, şirkətin bütün sahələrinin effektivliyi haqqında düşünməlidir.

Sizin fikrinizcə, dövlət qurumları sahibkarlara və biznesə nə cür yardım və dəstək göstərməlidir?

- Mənim fikrimcə, ilk növbədə, dövlət qurumları və biznes arasında düzgün və müntəzəm əlaqə qurulmalıdır. Hər iki tərəfin mövcud və mümkün olan bütün problemləri müzakirə edə bilməsi üçün daimi əlaqənin qurulması vacibdir.

Mən düşünürəm ki, biznesin inkişafı üçün ali təhsil müəssisələrində tədris olunan fənnlərin keyfiyyətinin yaxşılaşdırılması vacib şərtdir, bunun üçün isə biznes strukturları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması tələb olunur, çünki əks halda paradoksal bir vəziyyət yaranır - bir tərəfdən iş yerlərinin olmaması barədə şikayət edən insanların sayı çoxdur, digər tərəfdən, mənim müntəzəm olaraq əlaqə saxladığım şirkətlər tamamilə fərqli vəzifələrə işçi tapa bilmirlər. Bu cür uyğunsuzluğun səbəbi nədir?

Ali təhsilli gənclər çox vaxt müstəqil həyata hazır olmurlar, müasir zəmanəyə görə zəruri olan bilik və bacarıqları olmur. Şirkətlər ali təhsil müəssisələrimizin məzunlarını işə almaqda çətinlik çəkirlər, çünki bəzən onların universitetlərdə aldıqları biliklər aktual olmur. Bu səbəbdən ali təhsil müəssisələrimizin bizneslə sıx əməkdaşlıq etməsi çox vacibdir, bu əməkdaşlığın ən effektiv formalarından biri isə praktiki iş adamlarını universitetə dərs deməyə cəlb etməkdir, çünki məhz onlar ali təhsil müəssisələrindəki gənclərə biznesə aid daha dəqiq və müəyyən bilik verə və onları real biznes həyatına daha yaxşı hazırlaya bilərlər.

Üçüncüsü, bizim biznesimiz üçün informasiya dəstəyi və konsaltinq vacibdir (seminarların, təlimlərin keçirilməsi, müxtəlif növ təlim materiallarının hazırlanması). Böyük şirkətlər və holdinqlər xaricdən məsləhətçi dəvət edə və ya bahalı yerli mütəxəssislərə müraciət edə bilərlər. Bəs müasir idarəetmə sisteminin yaradılması, CRM sistemlərinin tətbiqi, kadrların və idarəçiliyin inkişafı, müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və s. kimi qiymətli məlumatları əldə etmək üçün kiçik və orta sahibkarlar nə etməli? Mən hesab edirəm ki, idarəetmənin səmərəliliyini artıra biləcək məsləhətçilərin və mütəxəssislərin xidmətlərini dövlət öz institutları vasitəsilə ödəyə bilər.

Cəmiyyətdə belə bir fikir yaranıb ki, sahibkarlar çox qazanırlar, yalnız yeni layihələr haqqında düşünürlər, bahalı kurortlarda istirahət edirlər və s. Bu həqiqətən belədirmi?

- Əslində sahibkarlıq fenomenində belə bir paradoks var, bir insan azad olması üçün öz şirkətini qurur. Lakin bir müddət sonra, şirkətin dövriyyəsi böyüdükdə və şirkət bazarda müəyyən bir yer tutduqda sahibkar azadlığını tamamilə itirir və, demək olar ki, bütün vaxtını, gücünü və enerjisini həmin biznesə yönəldir.

Aşağıda biznes sahiblərinin əsas problemlərini açıqlayıram: