Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib


Digərləri 22 Apr 2019 11:47:00 205 0

Bakıda 26 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib

Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib.

Bakı. Ceyhun Ələkbərov - Bakıda gənc qız burun əməliyyatından sonra dünyasını dəyişib. Trend-in məlumatına görə, 1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva keçirdiyi burun əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.