“Formula 1”ə görə bu şəxslər 5 gün işləməyəcək


Digərləri 22 Apr 2019 11:29:00 276 0

“Formula 1”ə görə bu şəxslər 5 gün işləməyəcək

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları 5 gün işləməyəcək.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları tətilə buraxılacaqlar.

İşçilərin tətili aprelin 24-dən 28-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına Çərşənbə günündən etibarən işə gəlməməklə bağlı tapşırıq verilib. Aprelin 29-dan Hökumət Evində iş bərpa ediləcək.