Məşhur aktrisadan ərinə SÜRPRİZ


Digərləri 22 Apr 2019 10:24:00 217 0

Məşhur aktrisadan ərinə SÜRPRİZ

Məşhur aktrisa Neslihan Atagül əri Kadir Doğulunun ad günündə maraqlı sürprizə əl atıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, aktrisa Kadirə "Vuslat" serialının çəkiliş meydançasında ad günü sürprizi edib. Doğulu sürpriz qarşısında sözün yaxşı mənasında şoka düşüb.

Serialın çəkilişlərində ssenariyə uyğun olaraq masada əyləşən Kadir çəkilişlərin başlamasını gözləyərkən sürprizlə qarşılaşıb. Başqa bir tərəfə baxarkən əlində tort ilə yanında oturan arvadı Neslihanı görən Doğulu şok keçirib. Sürpriz qarşısında çox xoşbəxt olan aktyor həyat yoldaşını öpərək təşəkkür edib.