Bu gündən dollar kreditlərinə görə kompensasiyaların verilməsinə başlanır


Digərləri 22 Apr 2019 10:19:00 214 0

Bu gündən dollar kreditlərinə görə kompensasiyaların verilməsinə başlanır

"Problemli kreditlər üzrə kompensasiyaların verilməsinə bu gündən başlanılmalıdır. Bununla yanaşı, bizə ünvanlanan müraciətlər göstərir ki, hələ də bir sıra məsələlərin aydınlaşdırılmasına ehtiyac var".

Son.az xəbər verir ki, bu barədə açıqlama verən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bəsi suallara aydınlıq gətirib:

- Əvvəl adı siyahıda olan və adlarını aprelin 15-i elan olunan siyahıda tapmayanlar nə etməlidirlər? - Bizə olan müraciətlər göstərir ki, bəzi vətəndaşalarımız Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşdırdığı portalda aprelin 15-dən əvvəl onlara çatacaq kompensasiya məbləği barədə məlumat ala biliblər. Amma aprelin 15-dən sonra həmin məlumatlar artıq portalda yoxdur. Bu hal ilə rastlaşan vətəndaşlarımız Palatanın yanında formalaşdırılan apellyasiya komissiyasına müraciət etməlidirlər. Müraciət Palatanın internet səhifəsi üzərindən onlayn olaraq həyata keçirilir. Komissiya 15 gün ərzində müraicətə baxıb cavablandırmalıdır.

- Kompensasiya almaq hüququ olduğunu iddia edən, amma adı heç zaman portalda qeyd olunmayan vətəndaşlarımız nə etməlidirlər?

- Belə vətəndaşlarımız da eynilə apellyasiya komissiyasına müraciət etməlidirlər.