Bakıda "28 Mall"dan gödəkçə oğurlayan keçmiş məhkum yaxalandı


Digərləri 22 Apr 2019 09:30:00 220 0

Bakıda "28 Mall"dan gödəkçə oğurlayan keçmiş məhkum yaxalandı

Bakıda ticarət mərkəzində oğurluq edən şəxs yaxalanıb.

Bakı. Samir Əli - Bakıda ticarət mərkəzində oğurluq edən şəxs yaxalanıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzində baş verib. Ticarət mərkəzinə daxil olan Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Fərid Abdulhadi mərkəzdəki mağazalardan birindən bahalı gödəkçəni geyinərək hadisə yerindən qaçıb.