Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı


Digərləri 22 Apr 2019 09:19:00 207 0

Bakının bir sıra küçə və prospektlərində tıxac yarandı

Bakıda bir sıra küçə və prospektlərdə tıxac yaranıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarından etibarən paytaxtın Moskva, Tbilisi, Mətbuat prospektlərində, 28 may, Vağzalyanı, Rəşid Behbudov küçələrində tıxac yaranıb.

Bununla yanaşı, Qara Qarayev prospektindən Heydər Əliyev prospektinə çıxışda tıxac yarandığından avtomobillərin hərəkət istiqaməti dəyişdirilərək Ziya Bünyadov prospektinə yönləndirilib.

Hazırda həmin ərazilərdə yol polisi əməkdaşları avtomobillərin hərəkətini tənzimləməyə çalışır.