Sizə mesaj gəlibsə, banka yaxınlaşın


Digərləri 22 Apr 2019 09:24:00 216 0

Sizə mesaj gəlibsə, banka yaxınlaşın

Bu gündən banklar vətəndaşlara kompensasiyalarının ödənilməsinə başlayır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq şənbə günündən problemli kreditləri olan vətəndaşlara banklar tərəfindən mesaj göndərilib.

Kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə "Azərpoçt" MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcək.