Litva katolik kilsəsi Parisdəki NotrDam kilsəsinin bərpası üçün ianələr toplamağa başlayıb


Dünya 22 Apr 2019 07:41:00 238 0

Litva katolik kilsəsi Parisdəki NotrDam kilsəsinin bərpası üçün ianələr toplamağa başlayıb

Litva katolik kilsəsi ötən həftə baş vermiş yanğın nəticəsində ciddi ziyan görmüş Parisin Notr-Dam kilsəsinin bərpası üçün ianələr toplanmağa başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Vilnüsdəki Teafilüs Matelenis gimnaziyası və Müqəddəs Məryəm qadın monastırı artıq ianələr üçün açılmış hesabı elan ediblər. Litvalılara müraciətdə xatırladılır ki, Fransa katolik kilsəsi, Sovet İttifaqının süqutundan sonrakı dövrdə Litvanın bərpasında yaxından iştirak edib. "Buna görə də bu ianələrlə biz qardaş fransız kilsəsinə minnətdarlığımız ifadə etməliyik", - deyə müraciətdə bildirilir.