Pendir bakteriyaları allergiyanın müalicəsində faydalı ola bilər


Digərləri 22 Apr 2019 07:00:00 262 0

Pendir bakteriyaları allergiyanın müalicəsində faydalı ola bilər

Məlum olub ki, pendir bakteriyaları gistaminin - allergiyanın əsas törədicisinin əmələ gəlməsinin qarşısını ala bilər.

Avstriya və ABŞ-dan olan beynəlxalq alimlər qrupu böyük kəşf ediblər: bəzi pendir növlərinin üst hissəsində olan bakteriyalar insanda allergiya törədən gistaminləri yox etmək bacarığına malikdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu tədqiqat barədə "Scientific Reports" yazır.

Məlumdur ki, pendir istehsalı zamanı məhsul müəyyən müddət ərzində xüsusi mühitdə saxlanılır. Məsələn, parmezan pendirinin hazırlanma texnologiyası bu cürdür. Pendir bu yolla "yetişənə qədər" onun səthində bakteriyalar yaranır və məhsulu xarici patogenlərdən qoruyur.