Lənkəranda F-1 əl qumbarası aşkar tapılıb (FOTO)


Digərləri 22 Apr 2019 04:22:00 194 0

Lənkəranda F-1 əl qumbarası aşkar tapılıb (FOTO)

Lənkəranda əl qumbarası tapılıb.

Bakı. Lənkəranda əl qumbarası tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, aprelin 21-də saat 13:52-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, Göyşaban kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.