Günün qoroskopu:Diqqətli olun, xırdalıq və təfərrüatlara fikir verin


Digərləri 22 Apr 2019 00:01:00 317 0

Günün qoroskopu:Diqqətli olun, xırdalıq və təfərrüatlara fikir verin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ilk baxışdan göründüyünün tam tərsinə olaraq irəliləyiş və uğur çətin deyil. Başlayacağınız işlərin bəzilərini tanıdığınız insanlar görə bilmirlər. Özünüzə əmin, qətiyyətli olun ki, ətrafınızdakı insanlar da sizdən ibrət alsınlar.

Köç və ya iş yerini dəyişmək üçün pis gün deyil.

Yeni tərəfdaşlarla əməkdaşlıq başlana bilər. Onlar uzun çək-çevir olmadan sizə kart-blanş verəcəklər və nəticədə mühüm qərarları təkbaşına qəbul edə biləcəksiniz.

Kommersiya layihəsi gəlir vəd edir.

Buğa - stabilliyə əlahiddə ehtiyac duyulduğu zamandır. Yüz ölçün, bir biçin. Gəlirləri artırmaq üçün alternativ yollar arayın. Yalnız öz maraqlarınızı təmin edəndən sonra yaxın ətrafınızdakı insanların istəklərinin reallaşdırılması ilə məşğul olmalısınız. Bununla belə, təşəxxüslü və xudpəsənd olmayın.

Günün ikinci yarısında fikrinizi soruşmadan sizi ağır işə cəlb etməyə çalışacaqlar. Belə iş izafi aktivlik, dözüm, qüvvə və güc tələb edir. Rutin işlərlə məşğul olun. Xırda məsələlərə görə əhvalınızı korlamayın.

Apatiyaya qapılıb bədbinləşməyin.

Əkizlər - müstəqil çalışmaq, səs-küydən və vurnuxmadan uzaq durmaq istəyəcəksiniz. Yaşanan hadisələrə marağınız azalmasın. Kommunikativ olun, əlaqələri aktivləşdirin. Təmaslarda fəallıq göstərin. Ünsiyyət çevrəsini genişləndirmədən tərəfdaş və şəriklərin, həmkarlar və dostların nə düşündüklərini öyrənin.

Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. İntellektual və fiziki yük artacaq. Özünüzü itirməyin, təşvişə qapılmayın. Səhhətinizə fikir verin. Sağlam rasionu seçin.

Xərçəng - sürprizlər vəd etməyən, psixoloji baxımdan komfortlu gündür. Çətin qərarın qəbulunda tələsməyin. Hadisələrin rəvan axarı, köklü dəyişikliklərin yoxluğu əhvalınıza müsbət təsir edəcək. Narahatlıq üçün heç bir səbəb yoxdur.

Günün ikinci yarısında mövcud durumu mütləq şəkildə nəzərə almaqla işləri qaydaya salın.

Gündəlik qayğıları çözün: onlarla sizin əvəzinizə kimsə məşğul olan deyil. Fiziki sağlamlıqla bahəm, mənəvi müvazinətə fikir verin. Başladığınız işi avtomatik yerinə yetirməyin.

Yaxın gələcəklə bağlı yeni planlar qurun.

Şir - idealist olmayın. Konkret fəaliyyəti şüarlarla pərdələməyin. Sizi maraqlandıran proseslərin praktiki yönlərini araşdırın. Təminat, alış-veriş, maliyyələşdirmə ilə bağlı problemlər yaranarsa, onların səbəblərini araşdırmamış işə başlamayın.

Günün ikinci yaırsında işlərinizə bir sıra nüanslar təsir edə bilər. Onların arasında nağd pul, ərzaq, ticarət, məişət məsələləri, dəyərlərin qorunub saxlanması ilə bağlı məsələlər var.

Mürəkkəb, çoxmərhələli əməliyyata başlamayın. Hesablaşmalarda səhv etməyin.

Qız - tələsiklik və vurnuxma sevməyən zamandır. Yeni material axtarışları çətinləşəcək. Bitkin hesab etdiyiniz ideya mükəmməlikdən çox uzaqdır. Çatışmazlıqları aradan qaldırın. Real gəlir və praktiki mənfəət edən işlə məşğul olun.

Günün ikinci yarısında eyni vaxtda bir neçə sadə müşkülün çözümü ilə məşğul ola bilərsiniz. Praqmat təsir bağışlayan məsələlərin kökündə romantik hisslər dura bilər. Maraqlı, sərfəli macəra təsiri bağışlayan avantüraya aldanmayın.

Məkrli insanın toruna düşməyin.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi - günün ilk yarısı genişmiqyaslı layihəyə və ya yeni işə başlamaq üçün əlverişli zaman deyil. Birgə fəaliyyətdə şəriklə tərəfdaşı tələsdirin. Apatiya, süstlük zamanı deyil. Layihənizin praktiki yönlərini yoxlayın. Cari işlərdə volüntarizmə yol verməyin